Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Türkiyə Bankının Azərbaycanda gəlirləri artıb, kredit portfeli böyüyüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə Bankının Azərbaycanda gəlirləri artıb, kredit portfeli böyüyüb

“Ziraat Bank Azərbaycan” ASC 2020-ci ilin 1-ci rübünü 612 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,2% azdır. Bank 2019-cu ilin 1-ci rübünü 959 min manat xalis mənfəət ilə bağlamışdı. Mənfəətin azalması xərclərin və ehtiyata ayırmanın artması ilə bağlıdır.

CƏMİ GƏLİRLƏRİ ARTIB

Reklam_3_11

Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-mart dövründə “Ziraat Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləri 5 milyon 646 min manat, cəmi əməliyyat xərcləri 3 milyon 762 min manta təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 1 milyon 883 min manat əməliyyat mənfəəti yaranıb. “Ziraat Bank Azərbaycan” əməliyyat mənfəətinin 1 milyon 270 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırdığından ilk rübü 612 min manat xalis mənfəət ilə bağlayıb.

Xatırladaq ki, 2019-cu ilin yanvar-mart dövründə “Ziraat Bank Azərbaycan”ın cəmi gəlirləri 5 milyon 138 min manat, cəmi xərcləri isə 3 milyon 228 min manat təşkil etmiş, nəticədə Bankın 1 milyon 910 min manat əməliyyat mənfəəti yaranmışdı. Bank əməliyyat mənfəətinin 951 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırdığından mənfəəti 959 min manata düşmüşdü.

ARTIM QEYRİ-FAİZ GƏLİRLƏRİNİN HESABINADIR

“Ziraat Bank Azərbaycan”ın faiz gəlirləri ötən ilin ilk rübündə 4 milyon 445 min manat ikən, 2020-ci ilin ilk rübündə 4 milyon 157 min manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 693 min manatdan 1 milyon 489 min manata yüksəlib.

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

31 Mart 2020-ci il tarixində “Ziraat Bank Azərbaycan” 249 milyon 396 min manat cəmi aktivlərə malik olub, o cümlədən aktivlərin 150 milyon 765 min manatını müştərilərə verilən kreditlər təşkil edib. 2019-cu ilin sonunda “Ziraat Bank Azərbaycan” 253 milyon 491 min manat cəmi aktivlərə malik idi və aktivlərin 145 milyon 434 min mantını müştərilərə verilən kreditlər təşkil etmişdi. Beləliklə, ilk 3 ayda Bankın kredit portfeli 5 milyon 331 min manat və ya 3,7% artıb.

Ötən ilin sonu ilə müqayisədə Bankın depozit portfeli 980‬ min manat və ya 1,1% artarq 86 milyon 621 min manata yüksəlib. 

31 Mart 2020-ci il tarixində “Ziraat Bank Azərbaycan” 68 milyon 702 min manat məcmu kapitala malik olub.

2015-ci ilin əvvəlindən aktiv fəaliyyət göstərən “Ziraat Bank Azərbaycan” ASC-nin səhmdarları T.C. Ziraat Bankası Anonim Şirkəti (99.98%) və Ziraat Sigorta Anonim Şirkəti (0.01%) və Ziraat Yatırım Menkul Değerler Anonim Şirkətidir (0.01%).

Ziraat Bank Azərbaycan gəlir mənfəət kredit portfeli Ziraat depozit portfeli
18.04.2020 09:43

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ