Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Daha bir "SOCAR” istifadəyə verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha bir "SOCAR” istifadəyə verildi

Bu gün Bakı şəhəri, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 2-ci km. 4 ünvanında, Dövlət Yol Polis İdarəsinə məxsus ekologiya postu yaxınlığında "SOCAR” brendi altında yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

“SOCAR Petroleum” QSC-dən bildirilib ki, bu istiqamətlərdə hərəkət edən avtonəqliyyat vasitəsi sahiblərinə bu YDM daha əlverişlidir.

Reklam_3_11

Yeni istifadəyə verilmiş YDM-də “SUPER”, “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Sürücülərin rahatlığının təmin edilməsi və vaxt itkisinin qarşısının alınması məqsədilə məntəqədə yeddi yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da on iki kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.

Bununla da “SOCAR Petroleum” QSC-nin bir ədəd sıxılmış təbii qaz doldurma məntəqəsi (STQDM) daxil olmaqla 32 yanacaqdoldurma məntəqəsi (YDM), yeni istifadəyə verilmiş məntəqə ilə birlikdə isə YDM şəbəkəsi 33-ə çatdırılıb.

Hazırda bu yanacaqdoldurma məntəqəsində 27 nəfər işçi çalışır.

Qeyd edək ki, “SOCAR Petroleum” QSC-nin 33YDM şəbəkəsi və 11 neft terminal bazası fəaliyyət göstərir. Respublikada yeganə CNG terminalı və CNG şəbəkəsi olan QSC, ekoloji baxımdan təmiz olan CNG yanacağının tətbiqində liderdir. “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərdə hər bir müştəri üçün yanacağın həcm dəqiqliyini yoxlamaq imkanı və digər üstünlükləri var. 

SOCAR SOCAR Petroleum yanacaqdoldurma
19.04.2020 10:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ