Dünyanın ən iri təyyarəsi Bakıda eniş edib
19 aprel tarixində səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunda dünyanın ən iri An-225 "Mriya" hava gəmisi eniş edib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Marja-ya daxil olmuş məlumata görə, əlavə yanacaq doldurmaq məqsədilə Bakının hava limanında enən təyyarə Qazaxıstandan Fransaya kommersiya reysi yerinə yetirir.
"Mriya"aviasiya tarixində dünyanın ən iri və ən ağır yükgötürmə qabiliyyətinə malik olan hava gəmisidir və 1988-ci ildə "Antonov" aviasiya konserni tərəfindən bir nüsxədə istehsal edilmişdir. Hazırda eyni adlı "Antonov Airlines" yük aviaşirkətinin rəhbərliyi altında istismar olunur.
Bu, "Mriya"nın (Ukrayna dilində "arzu" deməkdir) Bakıda ilk enişi deyil. Heydər Əliyev Beynəlxalq Aeroportu belə böyük təyyarəni qəbul etməyə hazır olan uçuş-enmə zolağı ilə təchiz edilmiş məhdud sayda dünya hava limanları sırasına daxildir.
Qeyd etmək lazımdır ki, Heydər Əliyev Beynəlxalq Aeroportu həmçinin dünyanın ən iri "Airbus A380" sərnişin laynerini dəfələrlə qəbul etmişdir.
"Mriya"nın Bakıya səfəri haqqında Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən qısa videoçarx hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
10 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
11 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 11 saat əvvəl
-
11 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 11 saat əvvəl
-
14 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 14 saat əvvəl
-
14 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
14 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir