Unibank Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı - MƏBLƏĞ

Unibank KB ASC-nin səhmdarları Azərbaycan Prezidentinin fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 220 000 AZN məbləğində vəsaitin köçürülməsi haqda qərar qəbul edib.

 

Bankın yaydığı məlumatda bildirilir ki, Unibank səhmdarları və rəhbərliyi cəmiyyət qarşısında sosial məsuliyyətlərinin bir hissəsi olaraq, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşlarına mənfi təsirinin yayılmasının qarşısını almaq və məhdudlaşdırmaq istiqamətində dövlətin səylərini dəstəkləməyi öz vəzifəsi hesab edir.

 

Eyni zamanda Bank, iqtisadiyyatdakı mümkün mənfi dəyişikliklərə xüsusilə həssas olan müştərilər üçün (hüquqi və fiziki şəxslər) öz dəstək proqramını inkişaf etdirir. Bank həm korporativ müştərilərə, həm də fiziki şəxslərə məsafədən xidmət göstərmək üçün bütün lazımi vasitələri yaradıb. Bu çətin günlərdə Unibank öz imkanları daxilində bütün mümkün vasitələrlə öz  müştərilərini dəstəkləyəcək.

 

Unibank belə çətin məqamlarda yüksək məsuliyyət nümayiş etdirən Azərbaycanın bütün işgüzar dairələrinin nümayəndələrinə təşəkkürünü və həmrəyliyini bildirir.

 

Unibank bir daha dəyərli müştərilərinin diqqətinə çatdırır ki, öz evlərində qalaraq onlarla bank xidmətindən mobil telefonlarında Unibank Mobile vasitəsi ilə istifadə edə bilərlər. Kommunal, kredit, hökumət ödənişlərinizi, pul köçürmələrinizi və digər mümkün əməliyyatları evdən çıxmadan edin və sağlamlığnızı qoruyun!

22 Mart 2020 , 11:11   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin