Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

SOCAR-ın reytinqinin proqnozu “sabit”dən “mənfi”yə dəyişdirildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR-ın reytinqinin proqnozu “sabit”dən “mənfi”yə dəyişdirildi

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi SOCAR-ın uzunmüddətli emitent defolt reytinqini "BB+" səviyyəsində təsdiq edib. Bu barədə agentliyin məlumatında deyilir.

Reytinq üzrə proqnoz “sabit”dən “mənfi”yə dəyişdirilib.

Reklam_3_11

SOCAR-ın qısamüddətli defolt reytinqi "B", prioritet təmin olunmamış reytinq isə «BВ+» səviyyəsində təsdiqlənib.

“SOCAR-ın tamamilə dövlətə məxsus olduğunu nəzərə alaraq bu reytinq Azərbaycanın suveren reytinqi (BB + / “mənfi”) ilə bağlı bu yaxnlarda atılmış analoji addımı əks etdirir”, - deyə məlumatda bildirilir.

Agentliyin qiymətləndirmələrinə görə, SOCAR Azərbaycanın OPEC+ üzrə yeni saziş çərçivəsində götürdüyü öhdəliklərlə əlaqədar 2020-ci ildə neft hasilatını azaldacaq. 2018-ci ildə SOCAR üzrə gündəlik xalis hasilat 256 min barrel neft təşkil edib. Bir barrel neftin 23 dollar səviyyəsində olması SOCAR üçün mənfəətli hesab olunur. Agentlik cari ildə SOCAR üzrə hasilatın 11% azalacağını və 2022-ci ilədək hasilatın 2018-ci ildəki göstəricidən yüksək səviyyədə bərpa olunacağını proqnozlaşdırır.

2018-ci ildə dövlətin gəlirlərində SOCAR tərəfindən ödənilən verginin payı təxminən 10% təşkil edib, dövlətin payına düşən mənfəət neftinin satışından əldə olunan və Azərbaycan Dövlət Neft Fonduna transfert edilməli olan gəlirlər dövlət gəlirlərinin 80%-ə qədərini (2017-ci ildə 65%) təşkil edib. Bu artım 2018-ci ildə dünya bazarında neftin qiymətinin bahalaşması ilə şərtlənib.

Agentlik qeyd edir ki, SOCAR-ın neftlə ticarət əməliyyatları gündəlik 1,5 milyon barrel təşkil edir.

“Fitch”in qiymətləndirmələrinə görə, 2020-ci ildə “Brent” markalı neftin orta qiyməti 35 dollar, 2021-ci ildə 45 dollar, 2022-ci ildə 53 dollar təşkil edəcək.

 

İnterfaks-Azərbaycan

SOCAR reytinqi Fitch defolt
18.04.2020 12:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ