Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Türk Lirəsi üçün kritik həftə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türk Lirəsi üçün kritik həftə

Dollar/TL məzənnəsi yeni həftəyə 6.90-nın üzərində başlayıb. 

Marja-nın məlumatına görə, ötən cümə günü dollar qlobal risk iştahının toparlanması, bəzi bölgələrdə karantinlərin azaldılması və koronavirusun dərman müalicəsində irəliləyiş qeyd edildiyinə dair xəbərlər ilə 6.83-ə geriləmiş, ancaq bu səviyyədə qala bilməyərək yenidən yüksəlişə keçmiş və 2018-ci ilin Avqustdan bəri ilk dəfə 6.95-i keçmişdi.

Reklam_3_11

Bakı vaxtı ilə saat 10:20-də Dollar/TL məzənnəsi 6,9366 səviyyəsində olub. Bu gün məzənnə 6,9613 səviyyəsini də test edib. 

Bu həftə Türkiyə Mərkəzi Bankının faiz qərarı bazarların ən mühüm gündəmlərindən biri olacaq. Mərkəzi Bankın faiz endirimlərinə mərhələli şəkildə davam edəcəyi gözlənilir.

Qlobal investisiya bankı JP Morgan Türkiyə Mərkəzi Bankının Lirənin dəyərdən düşməsini göz önünə alaraq təmkinli addım atacağını və faizi 0,25 bənd azaldacağını nəzərdə tutur.

Faizin 0.50 bənd endirimlə 9.25%-ə salınacağı proqnozları da verilib. 

iDealData-nın sorğusuna qatılmış 12 təşkilatın orta proqnozu faizin 9.75% səviyyəsindən 9.25% səviyyəsinə endiriləcəyi istiqamətindədir. 

Hesab olunur ki, qlobal mərkəzi bankların yumuşaq pul siyasətləri və tələbin azalması səbəbindən inflyasiya proqnozlarının aşağı istiqamətli dəyişməsi Türkiyə Mərkəzi Bankı tərəfindən bir faiz endirim fürsəti olaraq görüləcək.

Covid-19 epidemiyası ilə əlaqədar olaraq həm mərkəzi banakların, həm də hökumətlərin virusun iqtisadiyyatlara təsirini azaltmaq üçün tətbiq etdikləri təşviqlər bazarlarda likvidliyi artırıb, bu da Türkiyə Mərkəzi Bankını rahatlaşdıran vəziyyətdir. Yenə də makroiqtisadi vəziyyət və məzənnə tərəfi düşünüldüyündə Türkiyə Mərkəzi Bankının ən çox 0,50 bənd faiz endirimi edəcəyi gözlənilir. 

Türkiyə Mərkəzi Bankı faiz qərarını 22 Apreldə açıqlayacaq.

Türk Lirəsi dollar Türkiyə Mərkəzi Bankı
20.04.2020 10:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ