Azərlotereya dividend ödənişini 2 dəfə azaldıb
2019-cu ildə İqtisadiyyat Nazirliyinə məxsus "Azərlotereya" ASC büdcə və büdcədənkənar fondlara ümimilikdə 4 milyon 466 min manat ödəniş edib.
Şirkətin maliyyə hesabatına əsasən, bu, 2018-ci ilə nisbətən 57% çoxdur.
Ötən il "Azərlotereya"nın ödəmə mənbəyi üzrə vergi ödənişləri 1 milyon 63 min manat (illik müqayisədə 8,4% az), mənfəət vergisi ödənişləri 1 milyon 340 min manat (2,4 dəfə çox), əlavə dəyər vergisi ödənişləri 1 milyon 482 min manat (88,3% çox), işçilər üzrə gəlir vergisi ödənişləri 219 min manat (84% çox), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən Sığorta Fonduna ödənişləri 362 min manat (59,5% çox) təşkil edib.
Bundan başqa, 2019-cu ildə şirkət dövlət büdcəsinə 500 min manat dividend ödəyib. Bu, 2018-ci ilə nisbətən 2 dəfə azdır.
Xatırladaq ki, “Azərlotereya” 2002-ci ildə, ölkədə lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxilolmaları artırmaq və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndirmək məqsədi ilə yaradılıb. Onun nizamnamə kapitalı 200 min manatdır.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
2 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 3 saat əvvəl
-
3 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 3 saat əvvəl
-
6 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 6 saat əvvəl
-
6 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
6 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir