Bakı Dərin Özüllər Zavoduna yeni rəhbər təyin edildi

Həydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna yeni rəhbər təyinatı olub.

 

Roman Fərhad oğlu Nağıyev aprel ayının 13-dən zavodun direktoru təyin edilib və artıq vəzifəsinin icrasına başlayıb.  SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev fins.az-a açıqlamasında yeni rəhbər təyinatını təsdiqləyib. Qeyd edək ki, R.Nağıyev buna qədər Azeriqaz İstehsalat Birliyi Təmir Tikinti İdarəsinin rəisi olub.

 

 Xatırladaq ki, zavodun keçmiş direktoru Ayaz Qarayev  2015-ci ilin dekabr ayında vəfat edib.

 

© Fins.az

13 Aprel 2017 , 09:51   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin