Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Koronavirus fonunda “Azərkosmos” 20 milyon manat gəlir götürüb

Dünyada davam edən Koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərinin fonunda 2020-ci ilin birinci rübündə “Azərkosmos”un gəlirləri artıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Koronavirus fonunda “Azərkosmos” 20 milyon manat gəlir götürüb

“Azərkosmos” bu ilin yanvar-mart ayları ərzində telekommunikasiya və optik peyk xidmətləri təqdim etməklə ümumi 20 milyon manat həcmində gəlir əldə edib. 

“Azərkosmos”un yaydığı məlumata görə, bu rəqəm ötən ilin analoji dövrünün göstəricisindən 33% çoxdur.

Gəlirin 88%-i peyk xidmətlərinin ixracından əldə olunub. 

“Azərkosmos” dünyanın 24 ölkəsinə peyk xidmətlərinin ixracını həyata keçirib və bu ölkələr arasında ABŞ, Birləşmiş Krallıq, Fransa, Almaniya və BƏƏ böyük üstünlük təşkil edir.

"Ümumilikdə, bu ilin birinci rübü ərzində koronavirus pandemiyası qlobal səviyyədə əksər sahələrə olduğu kimi peyk xidmətləri bazarına da mənfi təsirini göstərir. Buna baxmayaraq “Azərkosmos” peyk xidmətləri üzrə Fransanın “GORSE & Co”, "Zeppit", İtaliyanın "M-Three Sat", Avstriyanın "Zebrafish",  İspaniyanın “Oasis Networks”, ABŞ-ın “UltiSat”, Hindistanın “Sofstol, “Mediatech PVT”, Rusiyanın "Rusiya Peyk Rabitəsi", “VES-Media”, Afrikanın "Sairtek", “GlobeCast” və "Telly4Africa" şirkətləri ilə yeni müqavilələr rəsmiləşdirib. Yeni müqavilələrə əsasən adı çəkilən şirkətlər “Azerspace-1” və “Azerspace-2” peyklərinin tutumlarından istifadə etməklə telekommunikasiya xidmətləri təqdim edirlər.

Azərbaycan da daxil olmaqla Mərkəzi Asiya və Şərqi Avropa regionundan olan ölkələrin qurumları “Azersky” peykinin təsvirlərindən kənd təsərrüfatı, kartoqrafiya və ekoloji monitorinqdə istifadə ediblər.

Bununla yanaşı may ayından etibarən “Azərkosmos” Universal Yerüstü Stansiya sayəsində Yaponiyanın “İnfostellar” şirkəti ilə imzaladığı müqavilə əsasında  müxtəlif peyk operatorlarına məxsus peyklərin keçidlərinə imkan yaradacaq",- dövlət şirkətinin məlumatında deyilir.

Xatırladaq ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.  2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb. 

Azərkosmos Azerspace
20.04.2020 15:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ