4 şirkət yeni Fonda 100 min manat köçürdü

Sosial layihələri icra edən şirkətlərdən koronovirusa qarşı mübarizəyə dəstək – 100 000 manat


 

Koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən aparılan  işlərə, “AzNest”, “Avalon 12”, “Lotus Co” və “Aqrikon” şirkətləri də Prezident İlham Əliyevin çağırışına qoşularaq öz dəstəyini ifadə ediblər.  

 

Həssas qruplardan olan vətəndaşların sosial dəstəklə təminatına yönələn layihələrdə uğurlu iştirakı ilə seçilən şirkətlər pandemiya ilə mübarizə kimi ümummilli məsələnin həllində də dövlətin yanında olduqlarını nümayiş etdirirlər.

 

Dövlət başçısının Fərmanı ilə yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna bu dörd şirkətin hər biri 25 000 manat olmaqla, ümumilikdə 100 000 manat vəsait ayırıb.

22 Mart 2020 , 19:03   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin