“Səmayə CO LTD” Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayırdı - MƏBLƏĞ

Hal-hazırda Respublikada tanınmış gəmiçilik şirkəti kimi fəaliyyət göstərən “Səmayə CO LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti ölkə başçısının koronavirus infeskiyasına qarşı mübarizə məqsədi ilə çağırışına qoşulub.

 

Şirkət Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 000 AZN vəsait ayırıb.
 

“Səmayə CO LTD” MMC 2003-cü ildə Bakı şəhərində təsis edilmiş və Respublika Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyatdan keçrilmişdir. ”Səmayə CO LTD” MMC Nizamnaməsinə uyğun olaraq fəaliyyət dairəsini artırmaq məqsədi ilə maddi texniki bazasını genişləndirmiş, müasir tələblərə cavab verən quru yük daşıyan yük gəmiləri, neft məhsulları daşıyan tankerlər almış, kiçik həcmli gəmilər almaqla 2012-ci ildən gəmiçilik şirkəti kimi formalaşmışdır.

 

22 Mart 2020 , 19:26   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin