Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Neftimi al, üstündə pul da ödəyirəm - İLK DƏFƏ SIFIRDAN AŞAĞI DÜŞDÜ

Neftin qiyməti ilk dəfə sıfırdan aşağı (mənfi 40.32 dollara) düşdü. Bunun mənası - neft istehsalçıları müştərilərinə neftlərini almaları üçün ödəmə edəcəklər.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftimi al, üstündə pul da ödəyirəm - İLK DƏFƏ SIFIRDAN AŞAĞI DÜŞDÜ

Koronavirus böhranının səbəb olduğu iqtisadi böhran treyderləri fiziki xam neftin təhvilini almaqdan yayınmağa məcbu edib (çarəsiz qalıblar)  Bunun ardından neft fyuçers müqavilələri tarixdə ilk dəfə sıfır səviyyəsinin aşağı düşüb. Qiymətlərin mənfiyə enməsi tələbin nə cür çökdüyünü göstərir.

Marja xəbər verir ki, neft qiymətinin Çərşənbə axşamı günü (bu gün) vaxtı çatacaq Qərbi Texas nefti (WTI) May fyuçersinin mənfiyə düşməsi satıcıların alıcılara əllərindəki neftdən xilas olmaq üçün pul ödəməsi mənasını verir. Bunun səbəbi isə belədir: Koronavirus epidemiyasının iqtisadiyyatı dayanma nöqtəsinə gətirməsi ilə bazarda çox istifadə edilməmiş neft qalıb və ABŞ-ın neft şirkətləri anbarların dolması ilə əlaqədar olaraq nefti yığmaq üçün yer tapa bilmirlər. Nefti yığmaq üçün yer olmamasına görə, heç kim müddəti çox yaxınlaşmış neft fyuçers müqavilələrini almaq ya da saxlamaq istəmir.

Reklam_3_11

Ancaq treyderlər, mənfi bölgəyə çöküşün zərbə almış bazarın doğru reallığını əks etdirdiyini düşünmürlər.Bu gün müddəti çatacaq ən yaxın May müqavilələrinin qiyməti İyun ayı fyuçers qiymətindən qopmuş vəziyyətdədir və bu fərq 20 dollar ilə tarixinin ən yüksək səviyyəsindədir. 

WTI xam nefti May fyuçerslərinin qiyməti, daha əvvəl bənzəri görülməmiş, 1946-cı ildən bu yana görülən hər aşağı qiymətdən də aşağı düşərək dəyərini itirdi. Qərbi Texas neftinin (WTI) icra olunduğu bazar, müqavilənin sıfır səviyyəsindən aşağıda qiymətlənməsinə icazə verdi. Bu ekstrem hərəkət, bütün dünyada hökumətlərin koronavirusun yayılmasına mane olmaq üçün məhdudlaşdırmaları genişləndirmələri ilə sənaye və iqtisadi fəaliyyətin dayanma nöqtəsinə gəlməsinin nəticəsini, ABŞ neft bazarının necə həddindən artıq təklif vəziyyətinə gəldiyini göstərir. OPEC + koalisiyasının bir həftə öncə daha əvvəl bənzəri görülməmiş miqdarda istehsal azaltmasına getməsi də, qlobal tələbin üçdə birinin "əriməsinin" ardından bir az gecikmiş bir addım oldu.

Bazar ertəsi günü treyderlərin sabah vaxtın çatmasından əvvəl May fyuçers müqavilələrindən sürətlə çıxması qiymətin kəskin düşməsinə gətirib çıxardı. Sonrakı ayın fyuçers müqaviləsi isə 12% düşərək 22.05 dollara geriləyib. May və İyun WTI fyuçersləri arasındakı qiymət fərqi 20 dollardan yüksəkdir.

May fyuçerslərinin alıcıları neftayırma zavodları ya da hava yolu şirkətləri kimi təhvili fiziki olaraq almaq istəyən müəssisələrdir. Ancaq çənlərinin dolu olmasına görə bu müəssisələrin də neft almağa ehtiyacları yoxdur.

ABŞ-da anbarların dolma nöqtəsinəçatması ilə əlaqədar olaraq qiymətlərin daha da düşə biləcəyi ehtimal edilir. Qiymətlərin sabitləşməsi üçün koronavirus pandemiyası ortadan qalxmalıdır.

İlin əvvəlindən bu yana neft qiymətləri, koronavirusun təsirlərinin artması və OPEC + koalisiyasının mövcud razılaşmasının pozulmasının ardından kəskin düşüb. Bütün dünyada istehsalçıların neft hasil etməyə davam etmələrinin təsiri  və anbarların da dolmasının ardından, treyderlər satışa keçiblər.

Amerikalı istehsalçılar yaxında müştərilərinə neftlərini almaları üçün ödəmə edəcəkləri ehtimalı yüksəldir.  

Nyu Yorkda, WTI May fyuçersi mənfi 40.32 dollara qədər düşdükdən sonra mənfi 37.63 dollardan bağlanıb. Kontrakt beləliklə, 2-ci Dünya müharibəsindən bəri tarixin ən aşağı səviyyəsinə düşüb. Brent nefti 8.9% düşərək bareli 25.57 dollara enib.

Fyuçers müqaviləsi - müqavilənin tərəflərinə, müəyyən miqdar və keyfiyyətdəki bir malı təyin olunan irəli bir tarixdə, bu gündən razılaşdırılan qiymətdən almaq və ya satma öhdəliyi müəyyən edən müqavilədir. Fyuçers müqaviləsi - gələcəkdə qiymətlərin yüksəlməsindən narahat olan sərmayəçilərin alış edərək; gələcəkdə qiymətlərin düşməsindən narahat olan sərmayəçilərin də satış edərək riskdən qorunmalarını təmin edir.

neftin qiyməti Texas nefti neft xəbərlərFyuçers müqaviləsi Fyuçers
21.04.2020 08:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ