Mobil manşet üstü reklam-3_21

Qiymətlərindəki çöküşün ardından ABŞ 75 milyon barel xam neft alacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qiymətlərindəki çöküşün ardından ABŞ 75 milyon barel xam neft alacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Tramp, ölkədə xam neft qiymətlərinin sıfır dollardan aşağı düşməsinin "qısamüddətli" olduğunu bildirib və 75 milyon barel xam neft alacaqlarını açıqlayıb.

Yeni növ koronavirus (Kovid-19) epidemiyasının təsiri ilə ölkədə xam neft qiymətləri sıfır dollardan aşağı düşüb. 

Marja xəbər verir ki, Tramp, "Bu çöküşün səbəbi, kimsənin bu anda avtomobil istifadə etməməsidir. Zavodlar, iş yerləri bağlıdır",- deyib.

Tramp, "ABŞ olaraq, Strateji Neft Ehtiyatımız üçün 75 milyon barel neft alacağıq. Hazırda 75 milyon barel tutumumuz var. İndi neft almağın tam zamanıdır",- əlavə edib.

Neft qiymətlərindəki enişin "qısamüddətli" olduğunu qeyd edən Tramp, "Bazarlarda bir tıxanma var, bu səbəbdən də qiymətlər düşdü. 1 aya kimi bir zamanda xam neft qiymətləri 25-28 dollar aralığını görər, deyə düşünürəm" bildirib. 

Nyu Yorkda, WTI May fyuçersi mənfi 40.32 dollara qədər düşdükdən sonra mənfi 37.63 dollardan bağlanıb. Kontrakt beləliklə, 2-ci Dünya müharibəsindən bəri tarixin ən aşağı səviyyəsinə düşüb. Brent nefti 8.9% düşərək bareli 25.57 dollara enib.

Tramp neftin qiyməti
21.04.2020 08:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ