Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Neft ilə bağlı proqnozlar bədbindir - İYUN MÜQAVİLƏLƏRİ DƏ TƏZYİQ ALTINDADIR

Neft qiymətləri Bazar ertəsi günü rekord enişlə tarixində ilk dəfə sıfır səviyyəsindən aşağı düşdükdən sonra yüksəlib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft ilə bağlı proqnozlar bədbindir - İYUN MÜQAVİLƏLƏRİ DƏ TƏZYİQ ALTINDADIR

Neft qiymətləri, May fyuçers müqavilələri son əməliyyat günündə ikən, Bazar ertəsi günü ABŞ-da çənlərin sürətlə dolduğu bir mühitdə tarixində ilk dəfə sıfır səviyyəsindən aşağı düşdükdən sonra Asiya seansında yüksəlib.

Marja xəbər verir ki, Bazar ertəsi günü Nyu Yorkda May fyuçers müqavilələri tarixdə görünməmiş bir şəkildə düşərək mənfi 40.32 dollara qədər düşdükdən sonra 1 dollar ətrafında icra olunur. Ancaq İyun fyuçerslərinin qiyməti  21 dollardan yüksəkdir. May və İyun fyuçers müqavilələrinin qiymət fərqi,  yaxın müddətili müqavilə ilə xam nefti fiziki təhfil alanlarda, neftayırma zavodlarının istehsalı dayandırdığı və çənlərin dolduğu bir mühitdə bu nefti saxlayacaq yer tapa bilməyəcəklərinə dair artan qorxuya işarə edir.

Koronavirus epidemiyasının ABŞ iqtisadiyyatını və dünya iqtisadiyyatının böyük qisimini dayanma nöqtəsinə gətirməsi ilə, neft emalı zavodları çox az xam neft istifadə edirlər. Bunun nəticəsində bazarda çox böyük miqdarda istifadə edilməmiş neft qalıb, bu səbəbdən ABŞ-ın neft şirkətləri nefti saxlamaq üçün yerləri qalmır. Nefti saxlayacaq yer qalmadığına görə heç kim  müddəti başa çatmağa yaxınlaşan müqaviləni almaq ya da saxlamaq istəmir.

Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin direktoru və Ağ Evin keşmiş enerji məsləhətçisi Jason Bordoff, "ABŞ neftinin daha əvvəl görülməmiş bir şəkildə mənfi 40 dollara enməsinin səbəbi böyük miqyasda May müqaviləsinin vaxtının yaxınlaşmasına görə idi. Eyni zamanda, bu vəziyyət, OPEC + koalisiyasının istehsalı azaltmasının təsirini göstərənə qədər, ABŞ neft qiymətləri üzərində təsirli olan anbarların dolması və mövcud struktur problemlərini də vurğulayır",- deyir. 

Qərbi Texas neftinin (WTI) ucuzlaşması, ABŞ neft bazarındakı həddindən artıq təklif vəziyyətinin necə təsirli olduğunu göstərir. Brent nefti isə, Çindəki tələbin toparlanması ilə 25 dolların üzərində icra olunur.

Qlobal investisiya bankı Goldman Sachs Inc.a görə, İyun WTI fyuçersləri ehtimalla önümüzdəki həftələrdə aşağı istiqamətli təzyiq ilə qarşılaşacaq.

WTI May fyuçersi, Nymex bazarında 1.37 dollar səviyyəsinə yüksəlib .Müqavilə Bazar ertəsi günü mənfi 37.63 dollardan bağlanmışdı. İyun fyuçers müqavilələri 4.8% yüksələrək 21.40 dollara qalxıb. 

Brent nefti İyun fyuçersi Londonda ICE Futures Europe birjasında Bazar ertəsi günü 8.9% gerilədikdən sonra 0.7% də düşərək 25.39 dollara geriləyib. S&P Qlobal Plattsa görə, fiziki neftin göstəricisi Dated Brent, Çərşənbə axşamı günü 19.09 dollar səviyyəsində olub.

Fyuçers müqaviləsi - müqavilənin tərəflərinə, müəyyən miqdar və keyfiyyətdəki bir malı təyin olunan irəli bir tarixdə, bu gündən razılaşdırılan qiymətdən almaq və ya satma öhdəliyi müəyyən edən müqavilədir. Fyuçers müqaviləsi - gələcəkdə qiymətlərin yüksəlməsindən narahat olan sərmayəçilərin alış edərək; gələcəkdə qiymətlərin düşməsindən narahat olan sərmayəçilərin də satış edərək riskdən qorunmalarını təmin edir.

Fyuçers neftin qiyməti xəbərlər
21.04.2020 10:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ