Koronavirus Fonduna ianələri kartla ödəmək imkanı da yaradıldı

Əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə məqsədilə Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərə ayrı-ayrı qurumlarla yanaşı, fərdi qaydada vətəndaşlardan da dəstək gəlir.

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı əsasında yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürənlər sırasında fiziki şəxslər də var. Yardımlar Azərbaycan Beynəlxalq Bankının “Mərkəzi” filialında Fond üçün açılmış bank hesabına köçürülür.

 

Fonda yardım etmək istəyən şəxslərin bundan ötrü bank filiallarına gəlmək ehtiyacını aradan qaldırmaq məqsədilə Azərbaycan Beynəlxalq Bankı “Həmrəy ol, qalib gələk”  devizi altında köçürmələri onlayn qaydada aparmaq imkanı da yaradıb. Belə ki, vətəndaşlar Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrini bu link üzərindən istənilən yerli bankın ödəniş kartları vasitəsilə həyata keçirə bilərlər.

 

Tarixən xalqımıza xas ən gözəl xüsusiyyətlərdən olan xeyriyyəçilik ənənələrinə sadiq qalaraq ayrı-ayrı vətəndaşlarımızın da bu çağırışa qoşulması, Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım göstərməsi cəmiyyətimizdəki milli həmrəyliyin, dövlət – vətəndaş vəhdətinin  daha bir nümunəsidir.

 

Fonda köçürülən vəsaitlər koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə, maddi-texniki bazasının gücləndirilməsinə və s. yönəldiləcək.

23 Mart 2020 , 12:19   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin