Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Körfəz birjaları neftdəki çöküşlə gerilədi

Körfəz ölkələrinin səhm bazarları neft qiymətlərindəki tarixi çöküşlə geriləyib
iç səhifə xəbər başlığı altı (mobil)_31
Körfəz birjaları neftdəki çöküşlə gerilədi

ABŞ-da neft anbarlarının dolması ilə əlaqədar olaraq xam neft qiymətlərinin tarixdə ilk dəfə mənfi səviyyəyə enməsi, Körfəz ölkələrinin birjalarında satışlara səbəb olub. 

Marja xəbər verir ki, Abu Dabi birjasının indeksi 3.1% düşüb. Dubay DFM General İndeksi 2%-dən çox düşüb. İndeks bu il dünyanın ən pis performans göstərən birjalarından biri olub.

Reklam_3_11

Küveyt birjası açılışda 2% düşüb, ardından itkisinin bir qisimini kompensasiya edib.

Səudiyyə Ərəbistanı birjası 1.5%, neft nəhəngi Saudi Aramco-nun səhmləri isə 3.5% düşüb. 

Dünən ABŞ-da May fyuçers müqavilələri üzrə xam neftin barel qiyməti sıfır səviyyəsindən aşağı düşmüşdü. ABŞ Prezidenti Donald Trump aşağı qiymətlərdən faydalanaraq 75 milyon barel xam neft alışı edəcəklərini açıqlayıb. 

xam nerft körfəz birja
21.04.2020 12:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ