Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azercell “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” nin təşkilinə dəstək verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azercell  “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi  Sistemi” nin təşkilinə dəstək verib

(®️) Ölkənin lider mobil operatoru Azercell koronovirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərə töhvə verməkdə davam edir. Şirkət bu dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyinin birgə ərsəyə gətirdiyi “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” çərçivəsində vətəndaşların sorğularının operativ cavablandırmasına dəstək olub.

Müştərilərinin rahatlığını hər zaman prioritet hesab edən Azercell, qısa müddət ərzində abunəçiləri üçün SMS icazə sistemini aktiv edib. Beləliklə, Azercell abunəçiləri 8103 nömrəsi vasitəsilə bu xidmətdən odənişsiz yararlana bilirlər. Xatırladaq ki, tətbiq edilən sosial izolyasiya tədbirlərilə əlaqədar, vətəndaşlar yaşayış yerlərini tərk etmək üçün 8103 nömrəsinə icazənin məqsədini bildirən xüsusi kodu, şəxsiyyət vəsiqələrinin seriya və nömrəsini göndərməlidir.

Reklam_3_11

SMS icazə sisteminin istifadəyə verildiyi ilk günlərin həm vətəndaşlar, həm də Elektron Hökumətin İnkişafı Mərkəzi üçün ən gərgin zaman olduğunu nəzərə alaraq, Azercell-in Telefon Mərkəzi xüsusi iş rejimində çalışıb. Azercell  “ASAN xidmət”in müvafiq sisteminə (9108) dəstək göstərərək SMS icazə sistemindən istifadə qaydaları ilə əlaqədar daxil olan zəngləri və sualları operativ şəkildə cavablandırıb. Həmçinin xidmətdən istifadə zamanı yarana biləcək sualları öncədən cavablandırmaq məqsədilə Azercell şirkəti tərəfindən  xüsusi informativ video təlimatlar hazırlanaraq, rəsmi Sosial Media hesablarında paylaşılıb.

Bundan əlavə, Azercell Elektron Hökumətin İnkişafı Mərkəzinə Mi-fi cihazları, limitsiz internet paketləri və limitsiz danışıq üçün xüsusi nömrələr hədiyyə etməklə, qurumu kəsintisiz rabitə xidmətləri ilə təmin edib.

Qeyd edək ki, qlobal pandemiya dövrü ərzində Azercell ölkədə yeni koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, eləcə də iqtisadi sabitliyin qorunması və əhalinin sosial rifahının yüksəldilməsi üçün  hökümət tərəfindən görülən tədbirlərə dəstək məqsədilə bir sıra layihələr həyata keçirib, müxtəlif sosial təşəbbüslərə imza atıb.

21.04.2020 14:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ