Fonda ianələrin köçürülməsi asanlaşdı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Smartpay” elektron ödəniş sistemi üzərindən ianələrin köçürülməsi üçün texniki imkan yaradıb.

 

Hazırda bu sistem üzərindən respublikanın bütün regionlarını əhatə edən “Azərpoçt” MMC-nin filialları və şöbələrində, “Naxçıvanbank”ın ödəmə terminallarında, həmçinin evdən çıxmadan “kassam.az” (https://kassam.az/payment/service/897) və “smartpay.az”(https://smartpay.az/payment/service/771) saytlarında ianə etmək mümkündür.

 

Tezliklə “Modenis” MMC (eManat), “Mobile Payment Systems-Portmanat” MMC (https://portmanat.az/), “KomTek Ltd” MMC (MilliÖn ödəmə sistemləri), “Paysis” MMC (EPUL) kimi şirkətlər də “Smartpay” ödəniş sisteminə inteqrasiya olunacaq. Belə ki, adıçəkilən şirkətlər koronavirusla mübarizəyə dəstək olaraq xidmət haqqı tutmadan vətəndaşların ianələrini rahat şəkildə köçürmələrinə şərait yaradacaq.

 

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılıb.

23 Mart 2020 , 16:55   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin