Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Embafinans” gəlir və mənfəətində rekordları yeniləyir

Təşkilatın kredit portfeli, gəlirləri və xalis mənfəəti kəskin artıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Embafinans” gəlir və mənfəətində rekordları yeniləyir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank Olmayan Kredit Təşkilatı “Embafinans” QSC 2020-ci ilin ilk rübünü 994 min manat xalis mənfəət ilə başa vurub. 2019-cu ilin ilk rübü ilə müqayisədə “Embafinans”ın xalis mənfəəti 43% artıb. Belə ki, təşkilat ötən ilin ilk rübündə 694 min manat xalis mənfəət ilə bağlamışdı.

Marja Təşkilatın maliyyə hesabatına istinadən xəbər verir ki, xalis mənfəətin artması “Embafinans”ın müştərilərə verdiyi kreditlərin və faiz gəlirlərinin artmasından qaynaqlanır.

2019-cu ilin ilk rübü ilə müqayisədə 2020-ci ilin ilk rübündə “Embafinans”ın faiz gəlirləri 902 min manat və ya 53% artaraq 2 milyon 617 min manat təşkil edib.

2020-ci ilin yanvar-mart dövründə“Embafinans”ın cəmi gəlirləri 2 milyon 751 min manat, cəmi xərcləri 1 milyon 509 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən təşkilatın 1 milyon 242 min manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətindən 248 min manat mənfəət vergisi ödənilib.

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB, TƏŞKİLAT BÖYÜYÜB

2019-cu ilin ilk rübü ilə müqayisədə 2020-ci ilin ilk rübündə “Embafinans”ın müştərilərə verdiyi kreditlər (kredit portfeli) 50% artaraq 36 milyon 922 min manata çatıb. Kreditlərin artması ilə əlaqədar olaraq təşkilatın cəmi aktivləri 42% artaraq 44 milyon 437 min manata yüksəlib.

31 Mart 2020-ci il tarixində “Embafinans” 15 milyon 172 min manat məcmu kapitala malik olub.

Qeyd edək ki, “Embafinans”ın faiz gəlirləri, xalis mənfəəti, aktivləri və kredit portfeli indiyədək qeydə alınmış ən yüksək rüblük məbləğlədir.

"Embafinans" mebel və məişət avadanlıqları bazarında bir çox şirkətlərin məhsullarını, əsasən də mebel və məişət texnikası mağazalarının məhsullarını kreditləşdirir. 2018-ci ildən başlayaraq "Embafinans" biznes kreditləri də təklif etməyə başlayıb.

Embafinans kredit portfeli mənfəət biznes kreditləri
21.04.2020 15:36

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ