Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İstehsalçılar, nefti almaları üçün alıcılara pul ödəyirlər

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstehsalçılar, nefti almaları üçün alıcılara pul ödəyirlər

Neftin qiyməti tarixdə ilk dəfə Bazar ertəsi günü sıfırdan aşağı düşdü.

Marja-nın məlumatına görə, beynəlxalq enerji mütəxəssisləri bildirirlər ki, neft istehsalçılarının kranları bağlamaları (hasilatı dayandırmaları) asan deyil. Bu səbəbdən alıcı tapana qədər nefti yığmaq üçün bir yer tapmaları lazımdır.

Reklam_3_11

Problem budur ki, hasil olunan nefti yığmaq üçün çox az anbar sahəsi qalıb. Buna görə istehsalçılar nefti almaları üçün alıcılara pul ödəyirlər. Bu səbəbdən mənfi qiymət yaranır.

Neft qiymətlərinin düşməsi iqtisadiyyatlara fərqli şəkildə təsir edir. Ucuzlaşma neft idxal edən ölkələrdə əhalinin xərcləmələrində artım olaraq əks oluna bilər. Dünyanın ən böyük neft idxalçısı Çindir. 

Neft istehsal və ixrac edən ölkələr neft qiymətlərinin düşməsinə qarşı həssasdırlar. Neft gəlirlərinin düşməsi cari əməliyyatlar hesabında kəsir yaradır. Yəni ölkədən çıxan valyutanın məbləği, daxil olan valyutanın məbləğini üstələyir. Bu ölkələr ya valyuta ehtiyatlarını xərcləmək ya da beynəlxalq təşkilatlardan borc almaq məcburiyyətində qala bilirlər. Digər bir yol milli valyutanı ucuzlaşdırmaqdır.

neft Neftin qiyməti milli valyuta
21.04.2020 16:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ