Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Cəlilabadlı fermer ərəb ölkələrinə çiyələk göndərəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Cəlilabadlı fermer ərəb ölkələrinə çiyələk göndərəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bir neçə gündür ki, Cəlilabadda çiyələk yığımına start verilib. 

Bu il havaların əlverişli keçməsi məhsuldarlığa da müsbət təsir göstərib. Fermerlərin sözlərinə görə, əvvəllər becərilən çiyələyin dadı bəyənilmədiyindən 5-6 ildir ki, xaricdən yeni sortlar gətirərək əkirlər. Yeni sortlar bu torpaqlarda normal məhsul verir. Bu sahə gəlirli və rentabelli olduğundan istixanalarda demək olar ki, ilin bütün fəsillərində, açıq sahələrdə isə 9 ay işçi qüvvəsinə tələbat olur. 

Reklam_3_11

Fermer Mirismayıl Quliyev deyir ki, çiyələk şitillərini İspaniya, İtaliya və Türkiyədən gətirib. Məhsulu isə yerli bazarla yanaşı, Qazaxıstana və Rusiyaya ixrac edir. Yaxın gələcəkdə isə ərəb ölkələrinə də çiyələk göndəriləcək. Artıq bununla əlaqədar razılıqlar da alınıb. Bütün işlər həll olunandan sonra yaxın aylarda ərəb ölkələrinə də məhsul göndərilə biləcək.

Digər fermer Xanlar Mirzəyev isə bildirib ki, hazırda bazarlarda çiyələk 3 manat 50 qəpik - 4 manat civarındadır. Bu da onları qane edir. Məhsuldarlıq da yaxşıdır. Keçən ilə nisbətən sahələrdə çiyələk daha çoxdur.

İntensiv texnologiya əsasında becərilən, xaricdən gətirilən sortlarda orta məhsuldarlıq 300 sentner, bəzən bir qədər də çox, yəni 40 tona qədər məhsul götürülməsinə imkan verir. Orta məhsuldarlığın bu il hədəf olaraq 200 sentner götürülməsi planlaşdırılıb.

Qeyd edək ki, rayon ərazisində fermerlər 500 hektara yaxın sahədə çiyələk əkiblər. Bu sahələrin əlavə olaraq 40-50 hektar artırılması nəzərdə tutulur.

Azərtac

çiyələk ərəb ölkələri cəlilabad
22.04.2020 08:22

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ