İctimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olundu

Azərbaycanda ictimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunub.

 

Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərarında bildirilib.

 

Qərara əsasən, müştərilərə yerində xidmət vaxtı saat 12:00-15:00 arası müəyyən edilib, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilib.

 

Nəzdindəki supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti dayandırılıb.

 

Ərzaq mağazalarının, apteklərin və digər həyat əhəmiyyətli obyektlərin fəaliyyəti təmin ediləcək.

 

Qeyd edək ki, Azərbaycanda 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.

23 Mart 2020 , 21:15   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin