Bakıda küçələr yuyulur

Artıq bir neçə gündür ki, koronavirus (COVID - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan kommunal xidmətlər tərəfindən xüsusi texnikalar vasitəsilə şəhərin küçələrinin yuyulması aparılır.

 

İcra hakimiyyətindən bildiriblər ki, bu proses gündəlik olaraq səhər saat 05:00-dan 08:00-dək, axşam saatlarında saat 21:00-dan 23:00-dək keçirilir.

 

Ötən gün axşam saatlarında paytaxtın Nizami, Xətai, Sabunçu, Suraxanı, Xəzər, Yasamal, Nəsimi rayonlarında keçirilən yuyulma işləri bu səhər yenidən Nizami, Xətai, Sabunçu, Suraxanı, Xəzər, Yasamal, Nəsimi və Səbail rayonlarında davam etdirilib. Bu proses paytaxtın bütün rayonlarındakı əsas, köməkçi və ara küçə və yolları əhatə edir.

 

Bundan əlavə gün ərzində yaşayış binalarının həyətlərində, giriş bloklarında, lift kabinələrində, pilləkən marşlarında, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə kommunal və digər aidiyyəti qurumlar tərəfindən dezinfeksiyaedici tədbirlər aparılır.

24 Mart 2020 , 10:58   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin