Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanlı ixracatçılara ucuz kreditlər təklif olunur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanlı ixracatçılara ucuz kreditlər təklif olunur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan Rusiya üçün əsas bazarlardan biridir. Biz 4 ölkədə ticarət evinin açılmasını planlaşdırırıq. Növbəti ildə Rusiya Azərbaycanda da ticarət evi açacaq". Bunu "Qazprombank"a daxil olan sənaye müəssisələrinin biznes missiyasının keçirdiyi konfransda Rusiyanın "Eksar" şirkətinin müştərilərlə iş və anderraytinq üzrə icraçı direktoru Nikita Qusakov deyib.

 

Reklam_3_11

"Azərbaycan şirkətləri Rusiyaya ixracda maraqlıdır. Bu platforma sayəsində yerli alıcılar arasında xidmətlərin marketinqini aparmaq mümkün olacaq. "Qazprombank"ın təklif etdiyi faiz dərəcələri rəqabətqabiliyyətlidir. Azərbaycan şirkətləri bu kreditlərdən faydalanaraq Rusiya istehsalı olan məhsulları ala bilər", - deyə N. Qusakov vurğulayıb.



O əlavə edib ki, 2014-cü ildən 2016-cı ilədək Azərbaycanda maşınqayırma, dəmir yolu, qida sənayesi, əczaçılıq sahələrində ümumilikdə 14 layihəyə 450 mln. dollar vəsait yönəldilib: "Ən böyük vəsait "Azərbaycan Dəmir Yolları" QSC-yə ayrılıb. Belə ki, bu quruma 231 mln. dollarlıq vəsait verilib. Bu il ərzində də bəzi layihələrə vəsaitin ayrılması məsələsinə baxılır. Bu layihələrə 500 mln. dollardan 1 mlrd. dollaradək vəsaitin ayrılması nəzərdə tutulur. Ümid edirik ki, bu il ərzində bu layihələr icra olunacaq".

 

© APA

13.04.2017 09:48

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ