Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neft Trampın "vur əmri" ilə bahalaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft Trampın "vur əmri" ilə bahalaşdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün 15,99 dollaradək ucuzlaşan Brent nefti, ABŞ Prezidenti Donald Trampın, ABŞ Hərbi Dəniz Qüvvələrinə, İran hərbi gəmiləri tərəfindən təqib edilmələri halında onları vurmaq əmri verdiyini açıqlamasının ardından bahalaşıb. Çünki, Bəsrə körfəzi neftin daşındığı əsas su yollarından biridir. 

Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 17:50-də Brent nefti 14% bahalaşma ilə 22 dollardan ticarət olunub. 

Reklam_3_11

Xəbər verdiymiz kimi, ABŞ Prezidenti Donald Tramp, Twitter hesabından etdiyi paylaşmada, "ABŞ donanmasına, dənizdə bizim gəmilərimizi təqib etmələri halında hər hansı bir İran hərbi gəmisi və gəmilərini məhv etməsi və vurması əmrini verdim",- yazıb.

ABŞ donanması, keçən həftə İran İnqilab Keçikçiləri Ordusuna aid 11 sürət gəmisinin, Bəsrə Körfəzindəki 6 ABŞ gəmisinə təhlükəli bir şəkildə yaxınlaşaraq təqib etdiyini açıqlamışdı.

Açıqlamada, sürət gəmilərinin edilən xəbərdarlıqlara bir saat sonra cavab verib bölgədən uzaqlaşdığı və hər hansı bir qarşıdurma yaşanmadığı bildirilmişdi.

İranın Müdafiə naziri Əmr Xəttəmi, İnqilab Keçikçiləri Ordusuna aid sürət gəmiləri ilə Bəsrə Körfəzində olan ABŞ hərbi gəmilərinin qarşı-qarşıya gəlməsinə dair deyib: "Bəsrə Körfəzində qeyri-sabitlliyin əsl faktoru, dünyanın digər tərəfindən İranın sərhədlərinə gələn və əsassız iddialar ortaya atan amerikalıların işğalçı və qeyri-qanuni varlığıdır".

Tramp İran neft neftijn qiyməti Bəsrə körfəzi sürət gəmisi
22.04.2020 17:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ