Ən yuxarı statik reklam_3

Azərbaycan və Albaniya prezidentləri arasında telefon danışığı olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Albaniya prezidentləri arasında telefon danışığı olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Aprelin 22-də Albaniya Respublikasının Prezidenti İlir Meta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Marja xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.  

Söhbət zamanı Azərbaycanla Albaniya arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Dövlət başçıları Trans-Adriatik qaz boru kəməri layihəsinin uğurla reallaşdırıldığını bildirərək, bunun həm ölkələrimiz arasında əlaqələrin, həm də beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyini vurğulayıblar. 

Telefon danışığı zamanı İlir Metanın Azərbaycana səfəri məmnunluqla xatırlanıb, bu səfərin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmi qeyd edilib.

Prezident İlham Əliyev və Prezident İlir Meta koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı məsələləri müzakirə ediblər.

Albaniya Prezidenti Azərbaycan Prezidentini ölkəsinə rəsmi səfərə dəvət edib.

Dəvət minnətdarlıqla qəbul edilib.

Albaniya Aəzrbaycan telefon danışığı İlir Meta İlham Əliyev
22.04.2020 19:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ