Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bənzəri görünməmiş böhran xəbərdarlığı edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bənzəri görünməmiş böhran xəbərdarlığı edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq kredit reytinqi şirkəti Fitch Ratings, yeni növ koronavirus (Kovid-19) pandemiyası ilə əlaqədar olaraq "bənzəri görünməmiş" bir qlobal böhran gözlənildiyini açıqlayıb.

Marja xəbər verir ki, Fitch Ratings qlobal iqtisadiyyatın bu il 3,9% azalacağını nəzərdə tutur.

Fitch Ratings tərəfindən üçüncü dəfə yenilənən Qlobal İqtisadi Proqnozlar hesabatında, Kovid-19 pandemiyasına qarşı həyata keçirilən təcrid tədbirlərinin uzanması və gələn məlumatlar əsas götürülərək qlobal iqtisadi artım təxminlərində dəyişikliyə gedildiyi qeyd edilib.

Hesabatda, qlobal iqtisadiyyatın 2020-ci ildə 3,9% azalmasının nəzərdə tutulduğu və "bənzəri görünməmiş" bir böhran gözlənildiyi bildirilib.

Fitch, 2 Apreldə yaydığı bir əvvəlki hesabatında, dünya iqtisadiyyatının bu il  1,9% azalacağını təxmin etmişdi.

2,8 TRİLYON DOLLARLIQ AZALMA

3,9% azalmanın qlobal gəlir səviyyəsində 2020-ci ildə bir əvvəlki ilə nisbətən 2,8 trilyon dollarlıq bir azalma mənasını verdiyinə işarə edilən hesabatda, qlobal iqtisadiyyatın 2021-ci ildə isə 5% artacağının gözlənildiyi qeyd edilib.

Hesabatda, Avro Bölgəsi iqtisadiyyatının bu il 7% azalmasının, 2021-ci ildə isə 4,3% artmasının nəzərdə tutulduğu qeyd edilib.

Avropanın qabaqcıl iqtisadiyyatlarından Almaniyanın 6,2%, İtaliyanın 8%, Fransanın 7%, İspaniyanın 7,5%, Böyük Britaniyanın isə 6,3% azalmasının gözlənildiyi bildirilib.

Heç bir ölkə və ya bölgənin Kovid-19 epidemiyasının dağıdıcı iqtisadi təsirlərindən qaça bilmədiyinə diqqət çəkilən hesabatda, ABŞ iqtisadiyyatının da bu il  5,6% azalacağı, 2021-də 4,3% artacağı nəzərdə tutulur.

Hesabatda, Çin iqtisadiyyatının bu il 0,7%, 2021-də isə 7,9% artacağının gözlənildiyi qeyd edilib. 

Fitch-in hesabatında, Yaponiya iqtisadiyyatının bu il 5% azalması, 2021-də isə 3,2% artması nəzərdə tutulur. 

kredit reytinqi Fitch Ratings böhran iqtisadiyyat Avro Bölgəsi qlobal
22.04.2020 22:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ