Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

5 sığorta şirkətinin balans kapitalı azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
5 sığorta şirkətinin balans kapitalı azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 5-nin bu il yanvarın 1-nə balans kapitalı illik müqayisədə az olub.

Bunlar "Standard Insurance" Sığorta Şirkəti, "A-Qrup Sığorta", "Xalq Həyat Sığorta", "Xalq Sığorta" və "AXA Mbask" Sığorta Şirkəti ASC-lərdir.

Ən çox azalma "AXA Mbask"da (26,3%), ən az azalma isə "Standard Insurance"də (3,3%) qeydə alınıb.

Qalan 16 sığorta şirkətinin isə balans kapitalı artıb. Ən yüksək dinamika "PAŞA Həyat Sığorta" ASC-də (18,4%), ən aşağı dinamika isə "Rəvan Sığorta" ASC-də (1,7%) qeydə alınıb.

4 sığorta şirkətinin balans kapitalı 35 milyon manatdan çoxdur

"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 4-nün bu il yanvarın 1-nə balans kapitalı 35 milyon manatdan çox olub.

Bunlar "PAŞA Sığorta" (84 milyon 604 min manat), "PAŞA Həyat Sığorta" (72 milyon 918 min manat), "Xalq  Sığorta" (41 milyon 128 min manat) və "Azsığorta" (35 milyon 58 min manat) ASC-lərdir.

Qalan 17 sığorta şirkətindən 11-nin balans kapitalı 12-27 milyon manat arasında, 6 şirkətin balans kapitalı isə 10 milyon manatdan azdır.

Renkinq

Naxçıvan Sığorta Balans kapitalı sığorta şirkəti PAŞA Həyat Sığorta PAŞA Sığorta Xalq Sığorta Azsığorta Standard Insurance A-Qrup Sığorta Xalq Həyat Sığorta AXA Mbask
23.04.2020 09:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ