Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

ABŞ-ın xam neft ehtiyatlarında növbəti böyük artım

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın xam neft ehtiyatlarında növbəti böyük artım
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının keçən həftə 15 milyon barel (3%) artımla 518,6 milyon barelə yüksəldiyini açıqlayıb. 

Marja xəbər verir ki, bazar proqnozu ehtiyatların 15,1 milyon barel artacağı istiqamətində idi.

Reklam_3_11

Ölkənin xam ehtiyatları bir əvvəlki həftə 19,2 milyon barel artmışdı.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə dəyişməyərək 635 milyon barel səviyyəsində qalıb.

ABŞ-ın xam neft idxalı keçən həftə bir əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 743 min barel azalma ilə 4,94 milyon barelə, neft ixracı da gündəlik orta hesabla 546 min bael azalma ilə 2,89 milyon barelə geriləyib. 

Ötən həftə ABŞ-ın xam neft istehsalı isə gündəlik orta hesabla 110 min barel azalıb. Beləliklə, ölkənin gündəlik xam neft istehsalı 11-17 Aprel həftəsində təxminən 12,2 milyon barel səviyyəsində reallaşıb. 

ABŞ-ın gündəlik orta xam neft istehsalı 22-28 Fevral həftəsində 13,1 milyon barelə çataraq rekord qırmışdı.

EIA-nın "Aprel 2020" hesabatına görə, ölkənin gündəlik ortalama xam neft istehsalının bu il 11,8 milyon barel olması gözlənilir.

ABŞ xam neft neft istehsal neft ixracı
23.04.2020 10:02

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ