Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Embafinans"dan kapitalın artırılması barədə xəbərə münasibət - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Embafinans"dan kapitalın artırılması barədə xəbərə münasibət - YENİLƏNİB

"Embafinans" QSC bank olmayan kredit təşkilatı nizamnamə kapitalının 2 dəfə artırılaraq 10 milyon manatdan 20 milyon manata çatdırılacağı barədə xəbərə münasibət bildirib. Onun sözlərinə görə yeni emissiya nizamnamə kapitalının artırılması ilə bağlı deyil. 

"Embafinans"ın direktoru Samir İsgəndərov bildirib ki, həqiqətən də bu il, fevralın 3-də rəhbərlik etdiyi BOKT-un hər birinin nominal dəyəri 1 000 manatdan ibarət olan 10 min ədəd səhminin emissiyası dövlət qeydiyyatına alınıb. Amma emissiyada məqsəd nizamnamə kapitalını artırmaq deyil: "Ötən ilin sonlarına yaxın "Embafinans" təşkilati-hüquqi formasını MMC-dən QSC-yə dəyişib. Bununla əlaqədar dövriyyəyə səhm buraxılması zərurəti yaranıb və BOKT sözügedən emissiyanı dövlət qeydiyyatından keçirib və yeni təşkilati-hüquqi formaya keçid prosesi tamamlanıb". 

Yayılan məlumata görə, "Embafinans" QSC bank olmayan kredit təşkilatı nizamnamə kapitalını 2 dəfə artıraraq 10 milyon manatdan 20 milyon manata çatdırmağı planlaşdırır. Kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 10 min ədəd adi səhm buraxılacaq.

Report

Embafinans Azfinance nizamnamə kapitalı Məşhur Məmmədov Elşad Abbasov kredit təşkilatı səhm Samir İsgəndərov
23.04.2020 10:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ