Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İri holdinqdə yeni Baş Direktor Müavini, Telekom rəhbəri təyinatı

iç səhifə xəbər başlığı altı (mobil)_31
İri holdinqdə yeni Baş Direktor Müavini, Telekom rəhbəri təyinatı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

NEQSOL Holding cənab Cenk Serdarın holdinqin Baş Direktor Müavini, Telekom rəhbəri vəzifəsinə təyin edildiyini elan edib.

Reklam_3_11

Holdinqdən Marja-ya daxil olmuş məlumata görə, Cenk Serdar eyni zamanda holdinqin tərkibinə daxil olan BakcellVodafone Ukrayna telekommunikasiya şirkətlərinin Direktorlar Şurasının üzvü təyin edilib.

Cenk Serdar 30-dan çox inkişaf etmiş və inkişafda olan ölkələrin telekommunikasiya sektorlarında qazandığı 20 ildən çox zəngin təcrübəyə malikdir. O 6 il ərzində Saudi Telecom Group-da və 5 il ərzində fəaliyyəti Avropa, Asiya, Afrika və Orta Şərqin 20-dən çox ölkəsini əhatə edən Vodafone Group-da yüksək rəhbər vəzifələrdə çalışıb. Həmçinin, digər şirkətlərdə rəhbər vəzifələrinə əlavə olaraq, o, müxtəlif telekommunikasiya, texnologiya və maliyyə şirkətlərinin direktorlar şurasının üzvü vəzifəsində də fəaliyyət göstərib. Cenk Serdar Wharton məktəbindən MBA dərəcəsinə sahibdir və həmçinin Fulbright proqramının təqaüdçüsü olub.

“Holdinqimiz davamlı inkişaf edir və fəaliyyətini genişləndirir. NEQSOL Holding-in Baş Direktor Müavini, Telekom rəhbəri kimi Cenk Serdar holdinqin telekommunikasiya biznes istiqamətinə rəhbərlik edir. İnanıram ki, onun telekommunikasiya sahəsində dərin bilikləri holdinqimizə dəyərli təcrübə gətirəcəkdir", - NEQSOL Holding-in Baş direktoru Yusif Cabbarov qeyd edib.

“NEQSOL Holding Azərbaycan və Ukraynanın telekommunikasiya bazarlarında güclü mövqeyə sahibdir. Holdinqin telekommunikasiya şirkətləri, Bakcell və Vodafone Ukrayna, öz bazarlarında əhəmiyyətli nailiyyətlər əldə ediblər. Holdinqin və telekom şirkətlərimizin peşəkar komandaları birlikdə çalışaraq bütün təcrübəmi holdinqin gələcək inkişafına yönəldəcəyəm", - deyə Cenk Serdar bildirib.

NEQSOL Holding-in əsas fəaliyyət sahələrinə neft və qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayeləri daxildir. Holdinqin tərkibində olan şirkətlər Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Qazaxıstan, BƏƏ və digər ölkələrdə fəaliyyət göstərir. Holdinqin telekommunikasiya şirkətləri mobil rabitə, magistral internet bağlantı və beynəlxalq trafik tranziti və digər xidmətlər təqdim edir.

Cenk Serdar NEQSOL Holding Yusif Cabbarov Telekom Baş Direktor Direktor müavini Bakcell Vodafone Ukrayna holdinq telekommunikasiya
23.04.2020 13:30

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ