Azərbaycanda maska istehsal edən müəssisə işə başlayır - TƏLABATI ÖDƏYƏCƏK

"Mart ayının sonunadək, təqribən bir həftəyə Azərbaycanda tibbi maska istehsal edən müəssisə işə başlayacaq".

 

Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

 

"Müəssisənin gündəlik maksimal istehsal gücü 200 min tibbi maskadır. Son bir ayda Azərbaycanda ən çox tibbi maska satılan gün 200- 210 min ədəd olub. Odur ki, gündəlik 200 min tibbi maska istehsalı tələbatı ödəyəcək. Paralel olaraq idxal və depolarda ehtiyatlar da var", deyə İ. Məmmədov bildirib.

 

24 Mart 2020 , 20:14   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin