Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Qala Həyat” 1-ci rüb üzrə göstəricilərini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qala Həyat” 1-ci rüb üzrə göstəricilərini açıqladı

“Qala Həyat” sığorta şirkəti cari ilin birinci rübünün yekunları ilə bağlı əsas maliyyə göstəricilərini açıqlayıb.

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən Marja verilən məlumata görə, şirkət cari ilin 1-ci rübündə mövqeyini daha da gücləndirərək peşəkar satış komandasının fəaliyyəti nəticəsində korporativ və fərdi müştərilərdən ümumilikdə 2 629 713 manat həcmində sığorta yığımı əldə etmişdir ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 55 739 manat və ya 2,2% çoxdur.

Reklam_3_11

Hesabat dövründə şirkətin müştərilərinə ödədiyi sığorta ödənişlərinin həcmində də atım qeydə alınmışdır. Belə ki, cari ilin ilk üç ayında müxtəlif sığorta hadisələri üzrə “Qala Həyat” tərəfindən müştərilərə 1 450 265 manat həcmində sığorta ödənişi həyata keçirilmişdir. 2019-cu ilin I rübündə isə bu rəqəm 637 833 manat təşkil etmişdir. Cari ilin birinci rübünə olan göstərici ilə müqayisədə ödənişlərin həcmi 812 432 manat və ya təxminən 2,3 dəfə çox olmuşdur. Bu göstərici tamamilə “Qala Həyat”ın Yaşam Sığortası  Qala Həyat tərəfindən verilən sığorta ödənişləri müvfiq qanunvericiliyə uyğun olaraq vaxtında və opertaiv qaydada həyata keçirilmişdir.  

“Qala Həyat” 2010-cu ildən fəaliyyət göstərir. Şirkət müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortası bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, “Bədbəxt hadisələrdən sığorta”, “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Uşaqların xeyrinə yığım sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” sı üzrə xidmətlər göstərir.

Qala Həyat həyat sığortası Yaşam Sığortası
23.04.2020 15:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ