Azercell istifadəçiləri Fonda ianə etmək imkanı əldə ediblər

® "Azercell Telekom" MMC mövcud gərgin qlobal vəziyyətdə milli iqtisadiyyatı və koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərini dəstəkləmək üçün yeni vasitələr təklif edir.

 

24 Mart 2020 tarixindən etibarən Azercell istifadəçiləri “Mobil Ödəmə” xidməti vasitəsilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı əldə ediblər.

 

Abunəçilər həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan çoxfunksional “Kabinetim” tətbiqində “Mobil Ödəmə” bölməsinə daxil olaraq heç bir əlavə komissiya hesablanmadan istədikləri məbləği daxil etməklə nömrə balansından ödəniş edəcəklər. “Mobil Ödəmə” Xidməti vasitəsilə toplanmış məbləği gündə bir dəfə Koronavirusla Mübarizəyə Dəstək Fondunun bank hesabına köçürəcək.

 

Xidmət Azercell, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) və PAŞA Bank-ın tərəfdaşlığı ilə həyta keçirilib.

24 Mart 2020 , 21:32   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin