Sinqapurda 5 dəqiqəyə koronavirusu aşkar edən test hazırlanıb

Sinqapur alimləri 5 dəqiqə ərzində koronavirusu aşkarlamağa imkan verən ekspress test hazırlayıblar. 

 

İnkişafı Elm, Texnologiya və Tədqiqatlar Agentliyinin əməkdaşları tərəfindən ixtira edilən test “Cepat” adlandırılıb.

 

Laboratoriyanın müdiri professor Ceki İn açıqlamasında bildirib ki, "Cepat” testinin kütləvi istifadəsi üçün bir ay ərzində lisenziyanın alınacağını gözləyirlər. 

 

Onun sözlərinə görə, tədqiqatların yüksək dəqiqliyinə tam əmindirlər:  “Dövlət xəstəxanalarından birində aparılan klinik tədqiqatlar bunu deməyə əsas verir. Lisenziya alındıqdan sonra testlər yalnız xəstəxanalarda deyil, bütün klinikalarda aparılacaq". 

 

Qeyd edək ki, Sinqapurda 558 nəfər koronavirusa yoluxub. Onlardan 150-dən çoxu sağalıb, 2 ölüm halı qeydə alınıb.

 

© APA

25 Mart 2020 , 09:04   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin