Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Technogym Azerbaijan” koronavirusla mübarizəyə ianə etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Technogym Azerbaijan” koronavirusla mübarizəyə ianə etdi

“Technogym Azerbaijan” şirkəti  koronavirusla mübarizə tədbirlərinə fəal dəstək göstərərək, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ianə edib.

Bu barədə "Technogym Azerbaijan" şirkətindən məlumat verilib.

Məlumata görə, şirkət , Koronavirusla Mübarizəyə Dəstək Fonduna 3 min manat məbləğində vəsait köçürüb.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

"Technogym" şirkəti idman avadanlıqları istehsalçısıdır.

Technogym Fond ianə Azerbaijan Koronavirusla Mübarizəyə Dəstək Fondu
24.04.2020 09:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ