Ən yuxarı (mobil)-2_30

EUR/USD məzənnəsi düşməyə başlayıb

Amerikanın iqtisadiyyata dəstəyi mövzusunda çox irəlidə olduğu bir şəraitdə bu, Avropada gecikir, İngiltərə iqtisadiyyatında isə risklər artır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
EUR/USD məzənnəsi  düşməyə başlayıb

Beynəlxalq maliyyə bazarlarında Avropada iqtisadiyyata dəstək olmaq üçün Avropa Birliyinin Zirvə toplantısının nəticələri çox saylı tənqidlərlə rastlaşıb. Xüsusilə də Almaniya höküməti yaradılacaq yenidən qurma fondunun 500 milyard və sonra 1 trilyon avroya çatdırılacaq maliyyə yardımının detallarının qeyri-müəyyən qalmasından narazıdır. Bu istiqamətdə Avropa Birliyi Komissiyasının may ayının ortalarına kimi model hazırlayacağı gözlənilir. 

EUR/USD məzənnəsi yenidənqurma fonduna dair xəbərlərin yayılmasından sonra ucuzlaşmağa başlayıb. Bu, dolların aparıcı valyutalara nisbətən orta qiymətinin də bahalaşmasına səbəb olub. Bu, Amerika hökümətinin iqtisadiyyata dəstək mövzusunda öndə olması ilə daha da güclənməkdədir. Bununla yanaşı, Amerika prezidenti Donald Tramp əyalət sədrlərini sosial və iqtisadi məhdudiyyətləri də artıq aradan qaldırmağa çağırıb. 

GBP/USD məzənnəsi də həm dolların bahalaşması, həm enerji birjalarında neft qiymətlərinin ucuzlaşması, həm də İngiltərə iqtisadiyyatına dair fundamental göstəricilərin zəifləməsi ilə təzyiq altındadır. 

USD/JPY məzənnəsi isə Yaponiya hökümətinin 1.1 trilyon dollarlıq iqtisadi yardım paketinin qəbul etməsinə məhdud reaksiya göstərib. Dollar/Yen valyuta cütlüyünün qiyməti 107 və 108 yen arasında dalğalanmaqda davam edir. Yaponiya höküməti vətəndaşlara nağd şəkildə paylanması planlaşdırılan yeni maliyyə yardımı ilə iqtisadiyyatın 4.4% böyüyəcəyini proqnozlaşdırır. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

İnvestAZ investisiya şirkəti Avropa ABŞ
24.04.2020 11:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ