Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Maydan “Azəri-Çıraq-Günəşli”də hasilat azaldılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maydan “Azəri-Çıraq-Günəşli”də hasilat azaldılacaq

Azərbaycanın OPEC+ sazişi çərçivəsində hasilatın azaldılması ilə bağlı öhdəliklərini yerinə yetirmək üçün may ayından Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan ilk dəfə olaraq hasilat kəskin azaldılacaq.

Bu barədə “Reuters” agentliyinə dörd mənbədən bildirilib.

Qeyd edilib ki, Qazaxıstan və Azərbaycanda iri Hasilatın Pay Bölgüsü Sazişi (PSA) layihələri əvvəllər hökumət tərəfindən təyin edilmiş hasilatla bağlı qərarlardan kənarda idilər.

Mənbələrin məlumatına görə, may ayında AÇG-də gündəlik hasilat 75-80 min barel azaldılmalıdır. Bu isə AÇG-nin hasilatının 15%-ni təşkil edir.

OPEC+ sazişi çərçivəsində Azərbaycan may və iyun aylarında gündəlik hasilatı 164 min barel azaltmaq öhdəliyi götürüb. Ölkədə gündəlik hasilatın həcmi 554 min barel təşkil etməlidir.

Xatırladaq ki, AÇG neft yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan, təxminən, 100 km şərqdə dənizdə yerləşir. AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci il sentyabrın 14-də AÇG üzrə yenidən işlənmiş saziş imzalanıb. Bu saziş blokun 2049-cu ilin sonuna qədər işlənilməsini nəzərdə tutur.

AÇG BP (30,37 faiz), SOCAR (25,0 faiz), “MOL Group” (9,57%) INPEX (9,31 faiz), “Equinor” (7,27 faiz), “ExxonMobil” (6,79 faiz), TPAO (5,73 faiz), ITOCHU (3,65 faiz), “ONGC Videsh Limited” (OVL) (2,31 faiz) pay sahibidir.

AÇG-də ötən il gündəlik hasilatın həcmi 535 min barel təşkil edib.

 

Report

Azəri-Çıraq-Günəşli
24.04.2020 11:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ