Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Azərbaycanda koronavirusa yoluxmanın pik həddi başa çatıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycanda koronavirusa yoluxmanın pik həddi başa çatıb"

“Azərbaycanda koronavirusa yoluxma sayının artıb və sonradan azalması göstəricisinə baxdıqda həmin vaxt pik həddin olduğunu deməyə əsas verir. Bu, aprel ayının göstəricilərinə uyğun səsləndirilə bilər. Amma yenə də dəqiq nəsə demək doğru olmaz”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi online brifinqdə deyib.

O qeyd edib ki, ölkədə hələ də koronavirusa yoluxma halları bitməyib: “Əgər karantin rejimi yumşalsa yenidən virusa yoluxmanın artması riski ola bilər. Ona görə də əhali qaydalara ciddi əməl etməlidir. Hələ ki, vəziyyəti nəzarət altına ala bilmişik”.

ÜST-ün Azərbaycandakı nümayəndəsi bildirib ki,bir çox ölkələr, o cümlədən Azərbaycan da ÜST-nin tövsiyələrinə əsasən karantin rejimindən çıxış planı hazırlayır.

Tədbirləri yüngülləşdirməklə yanaşı, təhlükəsizlik tədbirlərini yüksək səviyyədə saxlamaq lazımdır: “Çünki virus hələ də öz təhlükəsini saxlayır. Xəstəlik yenidən alovlana bilər. Hər kəs əvvəlki həyatına qayıtmaq istəyir. Bizim də istəyimiz budur”.

O Azərbaycan xalqına qoyulmuş qaydalara ciddi riayət etdikləri üçün öz təşəkkürünü bildirib.

"Hələlik sərhədləri açmaq olmaz"

Hande Harmancı əlavə edib ki, Bu gün bir çox ölkələr koronavirusa görə bağladıqları sərhədlərini açmala bağlı bizimlə müzakirələr aparırlar”.

O qeyd edib ki, bu məsələdə əsas hədəf ölkələrin bir-birinə güvənməsidir: “Misal olaraq, bir ölkə virusla ciddi mübarizə tədbirlərinin aparıldığını əsas gətirir, ancaq qonşu ölkələrdə vəziyyət elə də yaxşı deyil. Ona görə də hələ sərhədlərin açılması məsləhət deyil. Gərək hər iki ölkədə vəziyyət stabil olsun”.

H.Harmancı qeyd edib ki, sərhədlər mütləq açılacaq: “Bunun üçün də bütün ölkələrin ciddi əməkdaşlıq çərçivəsində bu məsələni müzakirə etmələri lazımdır”.

Azərbaycanda koronavirusun az yayılmasının səbəbləri

Hande Harmancı  qeyd edib ki, karantin rejiminin vaxtında elan edilməsi də yoluxma sayının azalmasına təsir göstərdi: 

“Eyni zamanda, ölkəyə gələn şəxslərin tək-tək yoxlanılması və virusun aşkar olunduğu şəxslərin ayrılmış xəstəxanalarda vaxtında karantinə alınması alqışlanan addımdır”.

Report

koronavirus Hande Harmancı
24.04.2020 14:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ