Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Baytarlıq və fitosanitar nəzarəti xidmətlərinin özəlləşdirilməsinə icazə verilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Baytarlıq və fitosanitar nəzarəti xidmətlərinin özəlləşdirilməsinə icazə verilir

Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının “Torpaq icarəsi haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, baytarlıq, fitosanitar nəzarəti xidmətlərinin “Torpaq icarəsi haqqında" qanunda icarəyə verilən dövlət torpaqları siyahısından, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunda isə özəlləşdirilməsi qadağan edilən dövlət mülkiyyətində saxlanılan əmlak növləri siyahısından çıxarılması təklif edilir.

Reklam_3_11

Qanun layihəsi baytarlıq və fitosanitar nəzarəti sahəsində həyata keçirilən islahatlar nəticəsində həmin xidmətlərin müstəqil qurum kimi ləğv edilməsi (baytarlıq, fitosanitar nəzarəti xidmətlərinin mövcud olmaması) ilə əlaqədar hazırlanıb.

Hazırda baytarlıq və fitosanitar nəzarəti sahəsində fəaliyyətlər öz səlahiyyətləri daxilində Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı yanında Aqrar Xidmət Agentliyi tərəfindən həyata keçirilir.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Baytarlıq fitosanitar Milli Məclis Torpaq icarəsi özəlləşdirmə
24.04.2020 15:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ