Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

ABŞ-da koronavirusdan ölənlərin sayı 50 mini keçdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da koronavirusdan ölənlərin sayı 50 mini keçdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-da son bir gün ərzində 3,3 mindən çox insan koronavirusun qurbanı olub.

Bu barədə yerli və federal orqanların statistikası əsasında hesablamalara istinadən Con Hopkins Universiteti bildirib.

Reklam_3_11

Universitetin məlumatına görə, son gün ərzində ölüm hallarının sayı 3 332 təşkil edib. Bir gün əvvəl bu rəqəm 2 139 olub. ABŞ-da ümumilikdə 51 017 nəfər koronavirusun qurbanı olub.

Birləşmiş Ştatlarda koronavirusa yoluxma hallarının ümumi sayı 890 524 təşkil edir. Son gün ərzində daha 28 819 yeni yoluxma aşkarlanıb.

ABŞ COVID-19 infeksiyasına yoluxma və ölüm hallarının sayına görə dünya ölkələri arasında liderdir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

koronavirus ABŞ
25.04.2020 09:03

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ