Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Gələn il “Abşeron”dan böyük həcmdə təbii qaz hasilatına başlanacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Gələn il “Abşeron”dan böyük həcmdə təbii qaz hasilatına başlanacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gələn il “Abşeron” yatağından böyük həcmdə təbii qaz hasilatına başlanacaq.

Marja xəbər verir ki, bunu Aprelin 24-də Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

"Hələlik təbii qaz uzun illər bundan sonra da bizim əsas enerji mənbəyimiz olacaqdır. Ona görə bu gün ölkəmizdə reallaşan böyük qaz layihələri bu məqsədi güdür. “Şahdəniz-2” layihəsinin işə düşməsi və gələn il “Abşeron” yatağından böyük həcmdə təbii qaz hasilatı bizim qaz potensialımızı bundan sonra da təmin edəcək", - Azərbaycan Prezidenti deyib.

"NEFT 3 DƏFƏ UCUZLAŞASA DA, SOSİAL LAYİHƏLƏR DAYANDIRILMAYACAQ"

Prezident əlavə edib ki, neftin qiymətinin 3 dəfə düşməsinə baxmayaraq heç bir sosial layihə dayandırılmayacaq:

"Baxmayaraq ki, dünya iqtisadiyyatı böhran içindədir, Azərbaycan iqtisadiyyatına da bu, mənfi təsir göstərir. Neftin qiyməti üç dəfə aşağı düşüb. Amma mən demişəm, bir daha demək istəyirəm və bütün vətəndaşlar bunu bilsinlər, biz heç bir sosial layihəni dayandırmayacağıq, heç bir sosial proqramı ixtisar etməyəcəyik".

Azərbaycan Prezidenti Abşeron yatağı təbii qaz ŞAhdəniz Xızı Sumqayıt sosial layihə neftin qiyməti böhran Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatı
25.04.2020 09:39

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ