İtaliyada ölənlərin sayı 7 min 503-ə yüksəlib

Dünyada yeni növ koronavirus (Covid-19) epidemiyasında ölənlərin sayı 21 mini keçib.

 

Marja xəbər verir ki, İtaliyada virusdan ölənlərin sayı son 24 saatda 683 nəfər artaraq 7 min 503-ə yüksəlib.

 

Fransada ölənlərin sayı son 24 saatda 231 nəfər artaraq 1331-ə yüksəlib.

 

İngiltərə Kraliçası 2-ci Elizabeth-in oğulu 71 yaşındakı Galler Şahzadəsi Charles-in də koronavirusa yoluxduğu açıqlanıb.

 

İspaniyada son 24 saatda koronavirus səbəbilə ölənlərin sayı 738 artaraq 3 min 434-ə yüksəlib. Beləliklə, İtalyanın ardından İspaniya da ölü sayında Çini keçmişdir. Ölkədə fövqəladə vəziyyət 11 Aprelə qədər uzadılıb.


 İran ölkədəki ölü sayının 2 min 77-yə yüksəldiyini açıqlayıb.

 

Ölənlərin min nəfəri keçdiyi, xəstə sayının da 70 minə yaxınlaşdığı ABŞ-da, daha iki ştatda  "Böyük Fəlakət" elan edilib.

26 Mart 2020 , 08:37   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin