Lüks oteldən koronavirus paketi: 5 ulduzlu karantin

İlk olaraq Çində ortaya çıxan və dünyaya yayılan koronavirus (COVID-19) epidemiyasında ən çox mənfi təsir görən sektorlar turizm və otelçilikdir.

 

Marja xəbər verir ki,Böyük Britaniyanın "Daily Mail" qəzetində yer alna xəbərə görə, İsveçrədə bir otel artıq müştərilərinə yeni bir xidmət təqdim etməyə başlayıb.

 

Mətbuatda koronavirus paketi adlandırılan xidmət daxilində müştərilər 5 ulduzlu oteldə karantin altına alınır. Koronavirus testi edən otel 7/24 həkim və tibb bacısı dəstəyi də vəd edir.

 

Eyni xəbərə görə, otelin bu xidmət üçün təqdim etdiyi gündəlik qiymət 400 sterlinqdən başlayır, müştərilərin əlavə tələblərinə görə qiymət 4 min sterlinqə qədər qalxır. 

 

Ölkə mətbuatına danışan otelin direktoru "Bu vəziyyəti bir fürsət kimi gördük və artan tələbə cavab vermək üçün sürətlə hərəkətə keçdik" deyib. 

 

Açıqlanan sonra məlumatlara görə, İsveçrədə koronavirusa yoluxanların sayı 10 mini keçib. Epidemiyada ölənlərin sayı isə 153-ə yüksəlib.

26 Mart 2020 , 08:51   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin