Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Fed-in sıfıra yaxın faizləri 2023-ə qədər davam edə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed-in sıfıra yaxın faizləri 2023-ə qədər davam edə bilər

Bloomberg-in sorğusuna qatılan iqtisadçılara görə, ABŞ Mərkəzi Bankı (Fed) faizləri üç il ya da daha uzun müddət sıfıra yaxın saxlaya bilər. Həmçinin ABŞ iqtisadiyyatını böhrandan xilas etmək səyləri ilə bankın balansı 10 trilyon dolları aşa bilər.

Marja xəbər verir ki, 20 - 23 Aprel arasında keçirilmiş sorğunun 31 iştirakçısının yarısından bir az çoxuna görə hazırda 0 - 0.25% olan federal maliyyələşmə faizi heç olmasa 2023-cü ilə qədər dəyişməyəcək. İştirakçıların 22% isə Fed-in 2022-dən əvvəl hərəkət etməyəcəyini düşünür. 

Fed-in balansı 22 Apreldə 6.57 trilyon dollara çatıb. Keçən ay az qala dayanma nöqtəsinə gələn kredit bazarlarını rahatlaşdırmaq üçün 11 Martdan bəri həyata keçirilmiş 1.64 trilyon dollarlıq ABŞ Xəzinə istiqrazları və digər qiymətli kağızlar alışı balansın artmasına səbəb olub. 

Eyni zamanda, Fed bəzi borclanma imkanlarına yaxında start verəcək. Həm birbaşa, həm də dolayı yollardan şirkətlərə, ştatlara və şəhərlərə trilyonlarla dollarlıq kredit ayrılması imkanı var.

İqtisadçılar Fed-dən faiz dəyişikliyi gözləmirlər

28 - 29 Apreldə Fed-in pul siyasəti yığıncağı keçiriləcək. Sorğu iştirakçılarına görə, Fed-in Federal Açıq Bazar Komitəsi (FOMC) faizlərdə dəyişiklik etməyəcək.

Fed faiz balans ABŞ iqtisadçılar
25.04.2020 10:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ