Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Banklara kredit borcu olan vətəndaşlara güzəşt edildi

Mərkəzi Bank banklara kreditini ödəməkdə çətinlik çəkənlərə cərimə faizi və dəbbə pulu yazmamağı tövsiyə edib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Banklara kredit borcu olan vətəndaşlara güzəşt edildi

30 sentyabr 2020-ci il tarixinədək, götürdüyü kredit üzrə əsas və ya faiz borcunu gecikdirən vətəndaşdan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması banklara tövsiyə olunur. 

Marja xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Maliyyə Sabitliyi Şurasının tövsiyələrini nəzərə almaqla qəbul etdiyi qərarda bildirilir.

"Biznes və istehlak təyinatlı kreditlərin (əsas və ya faiz borcu) tam və ya qismən gecikdirilməsi halında 30 sentyabr 2020-ci ilədək borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması kredit təşkilatlarına (banklara) tövsiyə ediləcəkdir və bu zaman borcalanların kredit tarixçəsi pisləşdirilməyəcəkdir. Bu müddət ərzində kredit təşkilatları tərəfindən əsas borc üzrə faizlərin hesablanması davam etdiriləcək və borcalanlar tərəfindən kredit təşkilatlarına ödənilməsi təmin edilməlidir",- Mərkəzi Bankdan Marja-ya bildirilib. 

Yəni pandemiya ilə əlaqədar olaraq gəlirləri azalan və kredit borcu olan vətəndaşlara dəstək verilir. İmkanı olanlar aylıq kredit borclarını ödəməkdə davam etməlidirlər.

Qərarda deyilir:

Fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi

-İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına 01 mart 2020-ci il tarixinə kimiverilmiş ipoteka kreditlərinin Fondun razılığı əsasında (bu məqsədlə fondun müvafiq normativ sənədlərinə dəyişiklik etməklə) 30 sentyabr 2020-ci ilədək restrukturizasiya olunması;

- İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına 01 mart 2020-ci il tarixinə kimiverilmiş ipoteka kreditlərinin restrukturizasiya edilməsi zamanı banklar tərəfindən kreditin keyfiyyətinin pisləşdirilməməsi;

- Kredit öhdəliklərinin (əsas borc və faiz ödənişləri) tam və ya qismən gecikdirilməsi halında borcludan əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmamasının banklara tövsiyə edilməsi;

- 01 mart 2020-ci il vəziyyətinə keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatların 30 sentyabr 2020-ci ilədək kredit bürosuna xüsusi qeydlə təqdim olunması (borcalanın kredit tarixçəsinin pisləşdirilməməsi).

kredit borcu güzəşt istehlak krediti faiz borcu cərimə faizi dəbbə pulu kredit tarixçəsi kredit təşkilatlar faizlərin hesablanması ipoteka kreditləri
25.04.2020 11:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ