Norveçdə işsizlik Böyük Böhranından bəri ən yüksək səviyyədə

Norveçdə işsizlik nisbəti 1930-cu illərin Böyük Böhranından bəri ən yüksək səviyyəyə qalxıb.

 

Krallıqdakı işsizlik nisbətinin kəskin artmasının əsas səbəbi koronavirus pandemiyasının yaratdığı iqtisadi geriləmə olub.

 

Son məlumatlara görə, virusların yayılması səbəbi ilə yaranan böhranın öhdəsindən gəlmək üçün şirkətlər on minlərlə işçisini tutduqları vəzifədən müvəqqəti azad edir. Bunun nəticəsində isə son iki həftə ərzində işsizlik müavinəti üçün müraciət edən norveçlilərin sayı təxminən 350 faiz artıb. Beləliklə, hazırda Norveçdə rəsmi olaraq qeydiyyata alınan işsizlik nisbəti indiyə qədər qeydə alınan ən yüksək göstəricilərdən biri olan 10,4 faiz təşkil edib. Üstəlik, həftəlik nəşr olunan son məlumatlar bütövlükdə Norveç iqtisadiyyatında sürətli tənəzzülün davam etdiyini göstərir.

 

Vəziyyətlə bağlı Norveçin mərkəzi bankı iki dəfə təcili bank uçot dərəcələrini endirməklə yanaşı, ölkənin milli valyutası olan - kronun ucuzlaşdıqdan sonra, bazarda valyuta çaxnaşmasına qarşı müdaxilə etməklə hədələməsinə səbəb olub. Norveç hökuməti, öz növbəsində, ölkə iqtisadiyyatına dəstək vermək üçün əlindən gələni edəcəyini vəd edərək, təxminən 280 milyard kron (21 milyard avrodan çox) dəyərində tədbirlər planını təqdim edib.


Qeyd edək ki, Norveç iqtisadiyyatı son dəfə bu qədər böyük problemlə yalnız böyük böhran dövründə üzləşib. Məhz ötən əsrin 1930-cu illərində böhran səbəbi ilə Norveçdə işsizlik nisbəti 11 faizə çatıb.

 

© Azərtac

26 Mart 2020 , 10:23   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin