Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Beynəlxalq Bankdan 90 milyon manat xalis mənfəət

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankdan 90 milyon manat xalis mənfəət

Azərbaycan Beynəlxalq Bankı 2017-ci ilin 1-ci rübünü 90 mln. manat mənfəətlə başa vurub. Rübün yekunlarına əsasən, bankın faiz və əməliyyat gəlirləri 218 mln. manat, xərcləri isə 136 mln. manat olub. Bu barədə “Marja”ya bankdan bildirilib.

 

Bank fəaliyyətindən əldə edilən gəlirlərin artırılması məqsədilə bir sıra məhsul və xidmətlərin maya dəyəri yenidən qiymətləndirilib. Tarif dərəcələrinə dəyişikliklər edilib, kreditlər üzrə faiz dərəcələrinə yenidən baxılıb. Nəticədə, 2017-ci il üzrə bankın əməliyyat gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 24%, riteyl kreditlər üzrə faiz gəlirləri isə 11% artıb.

 

Rüb ərzində biznes proseslərin avtomatlaşdırılması, müxtəlif xərclərin optimallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Bankın filial şəbəkəsinin optimallaşdırılmasına başlanıb. İnsan resurslarından səmərəli istifadə məqsədilə müvafiq tədbirlər görülüb. Bütün bunların müsbət nəticəsi kimi, ötən ilin müvafiq dövrü ilə müqayisədə inzibati xərclərdə 14% və ya 3,4 mln. manat qənaət edilib.

 

Ümumilikdə, 2017-ci ilin sonuna olan gözləntilərə əsasən, 2016-cı ilin yekunları ilə müqayisədə inzibati xərclərə 48 mln. manat, komisyon xərclərə isə 11 mln. manat qənaət proqnozlaşdırılır.

 

Bankın korporativ idarəetmə strukturunun daha da təkmilləşdirilməsi, daxili nəzarət və risklərin idarə edilməsi sisteminin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bu istiqamətdə dövr ərzində kredit siyasəti sərtləşdirilib, müəyyən risk potensialına malik layihələrin maliyyələşdirilməsi dayandırılıb, kreditləşmə məhdud çərçivədə daha aşağı riskli məhsullara yönəldilib. Kredit portfelinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə problemli kreditlər üzrə iş yenidən qurulub, eyni zamanda korporativ müştərilərlə iş sahəsində yeni yanaşmalar tətbiq edilib.

 

Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının müştərək dəstəyi ilə Bankın sağlamlaşdırılması tədbirləri davam etdirilir.

13.04.2017 13:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ