“S&P”: ABŞ bankları ili zərərlə başa vura bilər

“Standard & Poor's” reytinq agentliyinin dərc etdiyi yeni proqnoza əsasən yayılan koronavirusun iqtisadiyyata güclü təsirindən ABŞ bankları 2020-ci ili ən pis halda 15 milyard dollar zərərlə başa vura bilər.

 

Agentliyin yaydığı məlumata görə, ötən ili 195 milyard dollar gəlirlə bitirən ABŞ kreditorları bu il iqtisadiyyatın bütün sektorlarının koronavirusun mənfi təsirinə məruz qalması və istehlak xərclərinin kəskin azalması ilə üzləşə bilər.

 

Agentliyinin daha mülayim ssenari vəd edən proqnozuna görə isə, ABŞ iqtisadiyyatının ancaq turizm və əyləncə sektorları böhran yaşayacaq və ölkədə olan banklar cari ili təxminən 100 milyard dollar gəlirlə bitirə biləcək.

26 Mart 2020 , 11:37   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin