Rusiyada koronavirusa yoluxanların sayı 840-a çatdı

Sutka ərzində Rusiyanın 18 regionunda 182 nəfər koronavirusa yoluxub.

 

Bu barədə COVID-19-la mübarizə üzrə operativ qərargah məlumat yayıb.

 

Bildirilib ki, koronavirusa 136 yoluxma faktı Moskvada, digərləri isə regionlarda qeydə alınıb.

 

Bununla da ümumilikdə ölkə ərazisində koronavirusa yoluxanların sayı 840 nəfərə çatıb. Eyni zamanda 38 nəfər sağalıb, 2 nəfər isə ölüb. 

 

© APA

26 Mart 2020 , 12:33   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin